Xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, diplomatik nümayəndəliklərin müşavirləri, beynəlxalq təşkilatların Bakıdakı daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları
"Report" xəbər verir ki, tədbirdə 50-dən çox diplomat iştirak edib.
Baxış zamanı mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.
Qonaqlara məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Diplomatik korpus nümayəndələrinə Azərbaycanın DOST layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.
Nazir sosial islahatlar proqramının nailiyyətləri barədə ətraflı məlumat verib.
O, bu il ərzində dövlət başçısının təqdim etdiyi iki mühüm sosial paketin birbaşa olaraq 4,2 milyon vətəndaşın əməkhaqqı, pensiya, müavinət və təqaüd formasında gəlirlərinin ciddi şəkildə artmasına, habelə sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu, nəticə etibarilə hər bir ailənin rifahına müsbət təsir göstərdiyini qeyd edib.
Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkədə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib.
Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb.
Daha sonra S.Babayev diplomatik korpus nümayəndələrinin suallarını da cavablandırıb.
















