DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib

DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib Pasport üçün Nizami Rayon Polis İdarəsinə də müraciət etmək olar
Sosial müdafiə
2 Fevral , 2017 15:49
DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib

Bakı. 1 fevral. REPORT.AZ/ Ölkə vətəndaşları ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər. 

Bu barədə “Report”a DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib. 

Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.

Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər. 

Son xəbərlər

Orphus sistemi