Bakı. 20 noyabr. REPORT.AZ/
"Report"un məlumatına görə, bu barədə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev noyabrın 20-də
Onun sözlərinə görə, son 3 ilə yaxın müddətdə Nazirliyin rəhbərliyi tərəfindən 6.569, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 2 812, habelə ərazi polis orqanlarında 178 mindən çox vətəndaş qəbul edilib. Görülmüş tədbirlərlə cari ilin 9 ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, Nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə, 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə Nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.