Yuxarı

DİN Qubada səyyar xidmət keçirib

Ümumilikdə 1350 nəfərin, həmçinin orta ümumtəhsil məktəblərinin buraxılış siniflərin şagirdlərinin müvafiq sənədləri qəbul edilib

Bakı. 16 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Quba RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonda baş tutub.

Xınalıq, Qonaqkənd və digər ətraf kəndlərdə keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 1350 nəfərin, həmçinin orta ümumtəhsil məktəblərinin buraxılış siniflərin şagirdlərinin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi