DİN Qaradağda səyyar xidmət keçirib

DİN Qaradağda səyyar xidmət keçirib Ümumilikdə, 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub
Sosial müdafiə
25 Noyabr , 2015 16:22
DİN Qaradağda səyyar xidmət keçirib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ Rayon Polis İdarəsinin müvafiq qurumunun əməkdaşlarının iştirakı ilə şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Qızıldaş qəsəbəsində keçirilən səyyar xidmət zamanı ümumilikdə 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələrilə təmin edilməsi proses davam etdirilir.

Son xəbərlər

Orphus sistemi