DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək Bakı. 14 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Sosial müdafiə
14 iyun 2018 14:39
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.  

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09:00-dan axşam saat 19:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi