​DİN-in baş idarəsinin yeni vebsaytı istifadəyə verilib

​DİN-in baş idarəsinin yeni vebsaytı istifadəyə verilib Vətəndaşlar idarənin səlahiyyətlərinə aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər
Sosial müdafiə
30 Mart , 2016 10:39
​DİN-in baş idarəsinin yeni vebsaytı istifadəyə verilib

Bakı. 30 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni vebsaytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.

Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron formada müraciət etmək, həmçinin müvafiq rüsumları online ödəmək də mümkündür.

Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici videoçarxlar da vebsaytda yerləşdirilib. Həmin videoçarxlarda vətəndaşlara sənədlərin verilmə proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.

Qeyd edək ki, BPQMİ vətəndaşlara göstərilən xidmətin, fəaliyyətinin daha da təkmilləşdirilməsi üzərində daim çalışır. Buna misal olaraq, paytaxt da daxil olmaqla respublikanın bütün bölgələrində səyyar xidmətlərin təşkilini, SMS bildiriş imkanının aktivləşdirilməsini, "facebook" üzərindən vətəndaşlarla ünsiyyətin qurulmasını göstərmək olar.

Son xəbərlər

Orphus sistemi