Bakı. 3 sentyabr. REPORT.AZ/
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutub.
Səyyar xidmət zamanı ümumilikdə 200 rayon sakininə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.