DİN Daşkəsən sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirib

DİN Daşkəsən sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirib 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib
Sosial müdafiə
18 Dekabr , 2014 18:26
DİN Daşkəsən sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib. 

Tədbir zamanı ümumilikdə 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

Rayon sakinləri bu tip səyyar xidmətlərin təşkilinə görə DİN rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

Son xəbərlər

Orphus sistemi