DİN daha üç rayonda əhaliyə səyyar xidmət göstərib

DİN daha üç rayonda əhaliyə səyyar xidmət göstərib 446 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib
Sosial müdafiə
14 Aprel , 2015 18:11
DİN daha üç rayonda əhaliyə səyyar xidmət göstərib

Bakı. 14 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən, Samux və Şəmkir rayon polis şöbələrinin (RPŞ) müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş səyyar xidmətlər zamanı Daşkəsən üzrə 71, Samux üzrə 100, Şəmkir rayonu üzrə isə 275 nəfərə, ümumilikdə, 446 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

“Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir”, - DİN-in məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi