DİN 250 nəfəri yeni şəxsiyyət vəsiqələri ilə təmin edib

DİN 250 nəfəri yeni şəxsiyyət vəsiqələri ilə təmin edib Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Binədə məskunlaşmış Lerik rayon sakinləri üçün səyyar qəbul keçirib
Sosial müdafiə
11 May , 2015 17:38
DİN 250 nəfəri yeni şəxsiyyət vəsiqələri ilə təmin edib

Bakı. 11 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin tapşırığına əsasən, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, növbəti belə tədbir paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşmış Lerik rayon sakinləri üçün keçirilib. Lerik RPŞ-nin müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutmuş anoloji xidmət zamanı əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 250 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər digər bölgələrdə də davam etdirilir.

Son xəbərlər

Orphus sistemi