Yuxarı

​DİN 1250 vətəndaşa səyyar xidmət göstərib

Növbəti belə tədbir Goranboy rayonunun Dəliməmmədli şəhərində baş tutub

Bakı. 9 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DIN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətləri davam etdirir. DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, növbəti belə tədbir Goranboy rayonunun Dəliməmmədli şəhərində baş tutub. Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) müvafiq qurum əməkdaşlarının da iştirak etdikləri, üç gün ərzində davam etmiş anoloji xidmət zamanı, ümumilikdə, 1250 rayon sakininin müvafiq sənədləri qəbul edilib.

DİN-dən bildirilib ki, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi