Dənizkənarı Milli Parkda payız-qış mövsümünə hazırlıq görülür

Dənizkənarı Milli Parkda payız-qış mövsümünə hazırlıq görülür Nazim Məcidov: "Bulvar ərazisində hələlik yeni atraksionların quraşdırılması gündəmdə deyil"
Sosial müdafiə
14 Oktyabr , 2016 17:10
Dənizkənarı Milli Parkda payız-qış mövsümünə hazırlıq görülür

Bakı. 14 oktyabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkın ərazisində payız-qış mövsümünə hazırlıq işləri aparılır.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov "Report"a bildirib ki, hazırda qış mövsümünə uyğun gül kolları əkilir, ərazi mövsümü başa vuran gül kollarından təmizlənir: "Bir müddət sonra isə soyuğa davamı olmayan ağac kolları sarınacaq. Bulvar ərazisində hələlik yeni atraksionların quraşdırılması gündəmdə deyil".

N.Məcidov deyib ki, turistlərin, xüsusilə ərəb turistlərin Azərbaycana çox gəlməsi bulvar ərazisində yüksək əhval-ruhiyyənin yaranmasına səbəb olub: "Turistlərin çox olması kafe və restoranların müştərilərini artırıb. Dəniz gəzintisində iştirak edənlərin sayı yüksəlib. Müxtəlif millətlərdən olan insanların bir arada olması bulvarda xoş əhval-ruhiyyənin yaranmasına səbəb olur. Bu hal yalnız bulvar sakinlərini deyil, ərazidə müxtəlif işlərdə çalışanları da sevindirir".

N.Məcidov vurğulayıb ki, payız mövsümü ilə əlaqədar turistlərin sayında nisbətən azalma olsa da, gələnlərin sayı hələ də çoxdur.

Son xəbərlər

Orphus sistemi