Dekabr ayının pensiyaları ödənilib

Dekabr ayının pensiyaları ödənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Sosial müdafiə
16 Dekabr , 2020 15:36
Dekabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.

Son xəbərlər

Orphus sistemi