Yuxarı

Daxili işlər nazirinin müavini qaçqın və məcburi köçkünlərlə görüşüb

Daxili işlər orqanlarının topladıqları vəsaitin 64 min manatı Sabirabad və Goranboyda məskunlaşmış insanlara təqdim olunub

Bakı. 20 mart. REPORT.AZ/ Daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə DİN nümayəndələri Sabirabad rayonunda və Goranboyun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İ.Əliyev ölkə başçısının qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşan insanların ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlət başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlət başçısının apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış insanlara təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi