“Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunan “Biznes Günü” tədbiri keçirilib

“Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunan “Biznes Günü” tədbiri keçirilib Tədbir gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilib
Sosial müdafiə
12 Fevral , 2016 11:33
“Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunan “Biznes Günü” tədbiri keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunan “Biznes Günü” tədbiri keçirilib.

“Report” xəbər verir ki, gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Lənkəran və Xaçmaz regionunu təmsil edən 60 gənc sahibkar, dövlət orqanlarının və digər şirkətlərin nümayəndələri iştirak edib.

Nazir müavini İntiqam Babayev bildirib ki, ötən ilin sentyabr ayında başlayan “Davamlı Müəssisənin İnkişaf Proqramı” fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır: “Bu layihə dövlət qurumu, özəl sektor və ictimai sektorun dəstəyi ilə həyata keçirilib. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanır”.

Tədbirdə həmçinin digər qurumların nümayəndələri də çıxış ediblər və proqramın mahiyyətindən danışıblar.

Tədbirdə qeyd olunub ki, “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, biznes etika, biznesdə İT-dən istifadə, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi biznes görüşlər təşkil edib. Biznes görüşlər zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edib, məhsullarının satışı və çatdırılma yollarını araşdırıb, istehlak bazarının tələblərini öyrənib və kommersiya fəaliyyətindı tətbiq olunan yenilikləri tədqiq ediblər.

Tədbir zamanı gənc sahibkarlar öz biznes ideyalarını plan şəklində təqdim ediblər. Münsiflər heyətinə üzvləri təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yeniliyi və biznes fəaliyyətinin inkişaf planına əsaslanaraq qiymətləndirmə aparıblar.

Qeyd edək ki, layihəni banklardan birinin maliyyə dəstəyi ilə Gənclər və İdman Nazirliyi keçirib.

Son xəbərlər

Orphus sistemi