Daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi

Daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.
Sosial müdafiə
3 Fevral , 2021 11:14
Daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi

Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

"Report" xəbər verir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tədbir keçirilib.

Tədbir zamanı müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu ƏliyevKənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib. Həmçinin müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair məlumat verilib.

Qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi