Azərbaycanda daha bir neçə rayonun sakinləri şəxsiyyət vəsiqələri ilə təmin edilib

Azərbaycanda daha bir neçə rayonun sakinləri şəxsiyyət vəsiqələri ilə təmin edilib Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir
Sosial müdafiə
4 Aprel , 2015 12:12
Azərbaycanda daha bir neçə rayonun sakinləri şəxsiyyət vəsiqələri ilə təmin edilib

Bakı. 04 aprel. REPORT.AZ/ Goranboy və Qazax rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500, həmçinin Qazax rayonunun Daş Salahlı kəndində baş tutmuş anoloji tədbir zamanı isə 175 nəfərin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.

Qeyd edək ki, səyyar xidmət Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, RPŞ-lərin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi