Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Sosial müdafiə
28 dekabr 2019 07:28
Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faiz icra olunub. 

Son xəbərlər

Orphus sistemi