Yuxarı

Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq

​Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq

Daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Mərkəzlər Nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək. Həmin mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.

Uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq. Onların vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər təşkil olunacaq.

Qeyd edək ki, hazırda Nazirliyin sifarişləri əsasında 28 rayonda günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Artıq 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi