Yuxarı

"CinemaPlus" "Xəzər İntellektual Gənclər Klubu" ilə əməkdaşlığa başlayır

Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri CinemaPlusdan ən son premyeralara bilet qazanacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan premium kinoteatrı "CinemaPlus" gənclər təşkilatlarından olan "Xəzər İntellektual Gənclər Klubu" ilə əməkdaşlığa başlayır. "Report"un xəbərinə görə, məqsəd ölkə gənclərinin intellektual oyunlarda iştirakını təmin etmək, gənclərin intellektual potensialının üzə çıxarılaraq inkişaf etdirilməsinə yardımçı olmaq, istedadlı gənclərin fərdi inkişafında onlara yardımçı olmaqdır.

"Cinema Plus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin sözlərinə görə, "Xəzər İntellektual Gənclər Klubu" ilə əməkdaşlıq gənclərin intellektual inkişafının təmin olunmasına kiçik də olsa, bir töhfədir: "Əminik ki, gənclər arasında istedadlar çoxdur və onların üzə çıxarılmasında yaxından iştirak etmək istəyirik. Eyni zamanda, gənclər arasında kinoya marağın artırılması da önəmlidir".

Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri "CinemaPlus"dan ən son premyeralara bilet qazanacaq, vaxtaşırı kino mövzusunda intellektual oyunlar təşkil olunacaq. 

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi