“CinemaPlus” 100 aztəminatlı ailəyə yardım etdi

“CinemaPlus” 100 aztəminatlı ailəyə yardım etdi “CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşulub.
Sosial müdafiə
27 Aprel , 2020 12:51
“CinemaPlus” 100 aztəminatlı ailəyə yardım etdi

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşulub.

"Report" xəbər verir ki, həmin qutunun tərkibinə 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları daxil olunub.

“CinemaPlus” kinoteatrı olaraq Yaxşılıq Pandemiyasına qoşulmaqda əsas məqsəd bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etməkdir.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi