“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib

“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sabaha inam” İctimai Birliyinin icra etdiyi “Çərpələng uşaq proqramı” sosial layihəsi artıq yekunlaşıb.
Sosial müdafiə
26 Oktyabr , 2021 16:03
“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sabaha inam” İctimai Birliyinin icra etdiyi “Çərpələng uşaq proqramı” sosial layihəsi artıq yekunlaşıb.

"Report" xəbər verir ki, layihənin bağlanış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yeni Azərbaycan Partiyası, “Regional İnkişaf” İctimai Birliyi və “Sabaha inam” İctimai Birliyinin nümayəndələri, həmçinin layihə iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, layihə çərçivəsində uşaqlar üçün 20 nağıldan ibarət yeni mobil tətbiq yaradılıb, əlavə olaraq tətbiqdə Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında hazırlanan mobil oyunlar yerləşdirilib.

Valideynlərin nəzarəti ilə idarə olunacaq proqramda uşaqların yaşına uyğun bölmələri tənzimləmək, eyni zamanda onların proqramdan nə dərəcədə səmərəli istifadə etdiyini izləmək mümkündür.

Xatırladaq ki, sözügedən tətbiq uşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına dəstək vermək, həmçinin yeni texnologiyalardan daha faydalı istifadə etmələrinə imkan yaratmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi