Cenevrədə Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupun iclası keçiriləcək

Cenevrədə Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupun iclası keçiriləcək İclasa Azərbaycan sədrlik edəcək
Sosial müdafiə
22 Fevral , 2017 14:30
Cenevrədə Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupun iclası keçiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclas fevral ayının 27-də Cenevrə şəhərində olacaq.

Tədbirdə qadınların iqtisadiyyatda irəliləməsi və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində SPECA ölkələrində görülən işlərin müzakirəsi nəzərdə tutulub. Həmin iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə tematik Qrupunun rəhbəri kimi Azərbaycan sədrlik edəcək. Tədbirdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

H.Hüseynova gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və bu sahələr üzrə Azərbaycan təcrübəsi haqqında çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi