Cəlilabadda yeni yaşayış massivində internet problemi var

Cəlilabadda yeni yaşayış massivində internet problemi var Cəlilabadda yeni yaşayış massivinin sakinləri internetin olmamasından şikayətçidir.
Sosial müdafiə
20 Sentyabr , 2022 11:36
Cəlilabadda yeni yaşayış massivində internet problemi var

Cəlilabadda yeni yaşayış massivinin sakinləri internetin olmamasından şikayətçidir.

"Report"un yerli bürosuna bu barədə sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir ilə yaxındır ki, dirəklər basdırılıb, tellər çəkilib amma internetə həsrətik: "Dirəkləri basdırıblar, qutular quraşdırılıb. Amma şəbəkəyə qoşulmayıb. Aztelekomun Cəlilabad filialının əməkdaşları tərəfindən bir ildən çoxdur ki, burada internet çəkilişi üzrə işlərə başlanılıb. Hazırda bütöv küçələr üzrə dirəklər basdırılıb, tellər çəkilib, sistem qutuları quraşdırılıb. Qalıb internetin verilişi".

Məsələ ilə bağlı “Aztelekom“ MMC-nin Cəlilabad filialından bildirilib ki, yeni yaşayış massivində 1400 abonentə telefon və internetin çəkilişi nəzərdə tutulub: "Artıq bir ilə yaxındır ki, sözügedən ərazidə işlərə başlamışıq və keçən müddət ərzində əsas işlər görülüb. Hazırda son tamamlama işləri görülür. İlin sonuna qədər qoşulma işləri tamamlanacaq".

Son xəbərlər

Orphus sistemi