Cəbhəboyu ərazilərdə daşınmaz əmlakların sənədləşdirilməsinə başlanıb - FOTO

Cəbhəboyu ərazilərdə daşınmaz əmlakların sənədləşdirilməsinə başlanıb - FOTO Kütləvi çıxarış kampaniyası rayonun Mamırlı kəndində təşkil edilib
Sosial müdafiə
13 May , 2016 13:37
Cəbhəboyu ərazilərdə daşınmaz əmlakların sənədləşdirilməsinə başlanıb - FOTO

Tərtər. 13 may. REPORT.AZ/ Əmlak Məsələri Dövlət Komitəsi (ƏMDK) Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində daşınmaz əmlakların kütləvi surətdə sənədləşdirilməsinə başlayıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, kütləvi çıxarış kampaniyası rayonun Mamırlı kəndində təşkil edilib. 

Komitə əməkdaşları tərəfindən keçirilən kampaniyada 200-ə yaxın sakinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinlərinin həyatyanı sahələrinə dair ilkin çıxarış sənədləri təqdim edilib. 

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilən dövlət aktları, şəhadətnamələri, qeydiyyat vəsiqələri, mənzillər barədə ordenlər, SSRİ vaxtında kolxoz və sovxoz tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada cıxarışlarla əvəz olunub. 

Kampaniya sosial layihə olduğu üçün xidmətlər ödənişsiz əsaslarla təşkil olunub. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirlir.

Kampaniyanın cəbhə bölgəsində təşkil edilmsində məqsəd cəbhəboyu kəndlərdə yaşayan sakinlərə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini rahat çatdırmaqla yanaşı, həm də bölgə əhalisinin mülkiyyət hüquqlarını təmin etməkdir. 

Qeyd edək ki, kütləvi çıxarış kampaniyasının mühüm üstünlüyü xidmətlərin bilavasitə yerlərdə və ünvanlarda bir pəncərə prinsipi əsasında həyata keçirilməsidir.

Son xəbərlər

Orphus sistemi