Cavanşir Paşazadə: “Azərbaycanda çayçılıq 90-cı illərin əvvəllərində məhv edildi”

Cavanşir Paşazadə: “Azərbaycanda çayçılıq 90-cı illərin əvvəllərində məhv edildi” "O vaxtkı hakimiyyət çayçılığı sarımsaqla əvəz etdi"
Sosial müdafiə
276
13 Oktyabr , 2017 13:14
Cavanşir Paşazadə: “Azərbaycanda çayçılıq 90-cı illərin əvvəllərində məhv edildi”
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə üzvü Cavanşir Paşazadə / Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Azərbaycanda çayçılıq 90-cı illərin əvvəllərində məhv edildi. Bunu o dövrdə hakimiyyətə gələnlər etdi”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə üzvü Cavanşir Paşazadə deyib.

O xatırladıb ki, bu sahəni sarımsaqla əvəz ediblər: "Bu, yanlış addım idi. Ona görə indi də çayçılıq sahəsində məhsuldarlıq aşağıdır".

Komitə üzvü qeyd edib ki, hazırda bu sahədə ciddi iş aparılır, çayçılıq inkişaf etdirilir.
Digər deputatlar da bu sahənin inkişafının vacib olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi