​"Caspian European Club" fiziki imkanları məhdud şəxslərlə bağlı təkliflər hazırlayır

​"Caspian European Club" fiziki imkanları məhdud şəxslərlə bağlı təkliflər hazırlayır Şirkət bu məqsədlə Bakı şəhər İcra Hakimiyyəti və digər təşkilatlarla birgə çalışır
Sosial müdafiə
28 İyul , 2016 18:45
​Caspian European Club fiziki imkanları məhdud şəxslərlə bağlı təkliflər hazırlayır

Bakı. 28 iyul. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club-CİE) fiziki imkanları məhdud şəxslərin hərəkətinə əlverişli şərait yaratmaq məqsədilə Bakı şəhər İcra Hakimiyyəti və digər təşkilatlar üçün bir sıra təkliflər hazırlayır. 

CİE-dən "Report"a daxil olan məlumata görə, bununla əlaqədar olaraq sosial şəbəkələrdə fiziki imkanları məhdud şəxslərin yaşadıqları ailələrin təkliflərinin öyrənilməsi üzrə aksiyaya başlanılıb.

"Facebook" sosial səhifəsində elan yerləşdirən "Caspian European Club" sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev aksiya ilə bağlı bildirib ki, mövzunun istifadəçilər tərəfindən belə böyük maraqla qarşılanması sözün yaxşı mənasında gözlənilməz oldu. 

"Fiziki imkanları məhdud şəxslərin həyatını yaxşılaşdıran təkliflərə aid xeyli sayda illüstrasiyalı və sxemli mesajlar almışam. "Caspian European Club"  adından cəmiyyətimizin ən böyük problemlərindən olan bu məsələyə laqeydlik göstərməyən hər kəsə minnətdarlıq bildirirəm. Əminəm ki, Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyi və müvafiq qurumlar sözügedən məsələ ilə bağlı dialoqa hazırdırlar. "Caspian European Club"  rəhbərliyi isə biznesin sosial məsuliyyəti proqramı çərçivəsində lazımi təşkilati, maddi və texniki dəstəyi göstərməyə hazır olacaqlar", - deyə T. Əliyev vurğulayıb.

Qeyd edək ki, əlavə məlumat üçün bu mənbələrə müraciət etmək olar: "[email protected];[email protected]www.caspianenergy.net,  www.caspianenergy.org www.caspianenergyforum.com;www.caspianenergy.info;www.caspianenergy.photo;www.caspianenergy.tvwww.caspianenergy.mediawww.caspianenergy.ceowww.caspianenergyaward.com,  www.award.az;www.award.ceowww.brandaward.orgwww.oil-gas.az". 

Son xəbərlər

Orphus sistemi