Cari il doğulan əkiz və üçəmlərin sayı məlum olub

Cari il doğulan əkiz və üçəmlərin sayı məlum olub Bu il doğulan körpələrdən 1 608-i əkiz, 57-si isə üçəmlərdir.
Sosial müdafiə
14 Avqust , 2020 19:25
Cari il doğulan əkiz və üçəmlərin sayı məlum olub

Bu il doğulan körpələrdən 1 608-i əkiz, 57-si isə üçəmlərdir. 

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1 000 kişiyə 1 002 qadın düşür.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi