Yuxarı

Nazirlik "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin statistikasını açıqlayıb

853 nəfər vətəndaş nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - "Çağrı mərkəzi"nə 5352 ədəd müraciət daxil olub ki, onlardan 2496 ədədi (46,6 faiz) sosial təminat, 389 ədədi (7,2 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 285 ədədi (5,3 faiz) məşğulluq, 2182 ədədi (40,7 faiz) əmək qanunvericiliyinə dair məsələləri əhatə edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmçinin ötən ay nazirliyin qəbul otağına müraciət edən vətəndaşların sayı 898 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,5 faiz azdır. Müraciətlərin 17,2 faizi sosial təminat, 18,9 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 21,2 faizi məşğulluq, 8,4 faizi əmək qanunvericiliyi, 34 faizi isə digər məsələlərlə əlaqədar olub. Ötən ay qəbul otağına müraciət edən 19 nəfər vətəndaş nazir, 26 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, 853 nəfər vətəndaş isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib.

Habelə yanvar ayında nazir tərəfindən Abşeron rayonunda keçirilən vətəndaş qəbulu zamanı 4 rayon və şəhər üzrə 28 nəfər vətəndaş qəbul olunub.Şöbədən bildirilib ki, ƏƏSMN-in rəsmi facebook səhifəsi vasitəsilə də vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlərinin cavablandırılması təmin edilir. Təkcə ötən ay bu səhifədə 86 müraciət aidiyyəti üzrə cavablandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi