Yuxarı

Buzovnada qadınlar ilə maarifləndirici görüş keçirilib

Buzovnada qadınlar ilə maarifləndirici görüş keçirilib

Bakı. 21 aprel. REPORT.AZ/ Buzovna qəsəbəsində yerləşən “Butic Mali”də “new İ” (Yeni mən) şəbəkəsi qadınlar ilə ilk maarifləndirici görüşünü keçirib.

"Report" xəbər verir ki, görüşə Bakı iş Mərkəzində yerləşən psixoloji mərkəzin psixoloqu Məsumə Şahmərdanlı dəvət olunub.

Görüşdə aktual mövzulardan olan "Qadın və kişi psixologiyası" müzakirə edilib. 

“new İ “ ( Yeni mən) Azərbaycan cəmiyyətində qadınları birləşdirmək, maarifləndirmək, ruhlandırmaq, gücləndirmək və nüfuzlu yeni nəsillər formalaşdırmaq istiqamətində fəaliyyət göstərən şəbəkədir. 

Şəbəkə gələcəkdə də bu tip maarifləndirici görüşləri davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi