Bu ilin birinci rübündə ilkin əlillik təyinatları 49% azalıb

Bu ilin birinci rübündə ilkin əlillik təyinatları 49% azalıb Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.
Sosial müdafiə
26 Aprel , 2019 17:11

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib.

O cümlədən ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.

Dərəcə 2019-cu ilin I rübündə ilkin əlillik təyin olunanlar (nəfər) 2018-ci ilin I rübü ilə müqayisədə azalma
I dərəcə 531 66%▼
II dərəcə 2248 57%▼
III dərəcə 1078 26%▼
Sağlamlıq imkanları məhdudluğun təyinatı 1453 34%▼
CƏMİ 5310 49%▼

Nazirlik bildirir ki, əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir. 

Son xəbərlər

Orphus sistemi