Bu il əlillik təyin olunan şəxslərin sayı 2 dəfə artıb

Bu il əlillik təyin olunan şəxslərin sayı 2 dəfə artıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox
Sosial müdafiə
214
14 Noyabr , 2021 10:40
Bu il əlillik təyin olunan şəxslərin sayı 2 dəfə artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub.

Bu barədə "Report"a ƏƏSMN-dən bildirilib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi