Yuxarı
    Bağlamaq

    Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb - SİYAHI

    Son beş ildə siyahıya liderliyi Yusif və Zəhra adları edir

    Bakı 10 dekabr. REPORT.AZ/ Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.

    "Report" Ədliyyə Nazirliyinə istinadən xəbər veri ki, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.

    Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.

    Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn( 13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi