Yuxarı

Bu il Prezident təqaüdü alanların sayı açıqlanıb

18 784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə də təqaüd ödənilib

Bakı. 4 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezident təqaüdü ilə təmin etdiyi vətəndaşların sayı bu ilin yanvar-iyun aylarında 53 484 nəfər təşkil edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

Məlumata əsasən, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilən 180 nəfərə və ya ailə üzvlərinə, 13 402 şəhid ailəsinə, 18 784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. 

Həmçinin fəxri adlarla təltif olunan 2 240 nəfər, Böyük Vətən müharibəsi iştirakçısı olan 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17 min 480 nəfər Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Qeyd olunan dövrdə 406 nəfərə Prezidentin fərdi təqaüdü ödənilib. Eyni zamanda, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də Prezident təqaüdü təyin olunaraq ödənilməsinə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi