Bu il məhkəməyə getmədən xitam verilən boşanma işlərinin sayı açıqlanıb

Bu il məhkəməyə getmədən xitam verilən boşanma işlərinin sayı açıqlanıb "Bu il boşanma tələbi ilə müraciət edən 700 ailənin işinə məhkəməyə getmədən xitam verilib".
Sosial müdafiə
19 May , 2023 11:54
Bu il məhkəməyə getmədən xitam verilən boşanma işlərinin sayı açıqlanıb

"Bu il boşanma tələbi ilə müraciət edən 700 ailənin işinə məhkəməyə getmədən xitam verilib".

“Report” xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bəzən elə hallar yaşanır ki, boşanmaq qərarı verən tərəflər sonradan mediasiyaya gəlmir, çünki tərəflər məhkəməyə getmək qərarından daşınır: “Belə ki, mediasiya hər iki tərəflə həm birlikdə, həm də tək tərəfli görüşlər keçirir. Bu görüşlərdən sonra boşanmaq fikrindən daşınanlar olur və biz bu işlərə məhkəməyə getmədən xitam veririk”.

“Cari ildə bu cür xitamların sayı 700 olub və həmin işlər məhkəməyə getməyib. Bu, kiçik bir rəqəm kimi görünə bilər. Lakin sözügedən prosesin arxasında 300 mediator və eyni sayda vəkil dayanır”, -N.Adilov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi