Bu il əlilliyi olan şəxslərə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib

Bu il əlilliyi olan şəxslərə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib Əlilliyi olan şəxslərə həmçinin 14 ədəd əlil arabası verilib
Sosial müdafiə
15 May , 2017 11:16
Bu il əlilliyi olan şəxslərə 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib

Bakı. 15 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi bu ilin yanvar-aprel aylarında 3 702 nəfər əlilliyi olan vətəndaşı protez-ortopedik bərpa xidmətləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlardan 486 nəfərini ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Bu dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 358 ədəd aşağı və yuxarı ətraf protezi, 3096 ədəd müxtəlif reabilitasiya vasitəsi, 526 ədəd yuxarı və aşağı ətraf ortezi, 158 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Əlilliyi olan şəxslər həmçinin 812 cüt protez ayaqqabı, 1473 cüt ortopedik ayaqqabı, 125 ədəd dördayaqlı dayaq vasitəsi, 215 cüt qoltuqaltı və 375 cüt dirsəkaltı ağacla, 708 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə həmçinin 14 ədəd əlil arabası verilib, onlara məxsus 253 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.

Ümumilikdə yanvar-aprel aylarında əlilliyi olan şəxslər 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Habelə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 177 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi