Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib

Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib Bu ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlayıb.
Sosial müdafiə
10 Avqust , 2021 11:52
Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib

Bu ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.

Mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” şirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilirlər. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.

Eyni zamanda, bu il Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, bu ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.

Son xəbərlər

Orphus sistemi