Yuxarı
    Bağlamaq

    ​Bu il doğulan oğlan uşaqlarına Abdullah, Amin, Əbəlfəz kimi adlar da verilib - SİYAHI

    İlk üçlükdə Yusif, Hüseyn və Əli adları yer alıb

    Bakı. 5 mart. REPORT.AZ/ Bu ilin iki ayı ərzində Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif (382), Hüseyn (261) və Əli (248) adları verilib.

    "Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilk beşlikdə Ömər (198), Murad (152) adları da yer alıb.

    İlk onluqda yer alan adların sırasında Tunar (147), Ayxan (142), Məhəmməd (139), Uğur (139) və İbrahim (111) adları var.

    Bu il doğulan oğlan uşaqlarına verilən adlar arasında Amin (61), Adəm (43), İslam (20), Abdullah (17), Əbəlfəz (18), Cəsur (14) kimi adlar da yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi