Yuxarı
    Bağlamaq

    Bu il ​Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

    Bayram sentyabrın 12-13-də qeyd olunacaq

    Bakı. 25 iyul. REPORT.AZ/ Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.

    Belə ki, NK-nin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir.

    Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi