Bu il Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb Miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib
Sosial müdafiə
17 Aprel , 2017 14:08
Bu il Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi