Bu ​il Azərbaycanda körpələrə “ay” sözündən istifadə edilən 25 fərqli ad verilib - SİYAHI

Bu ​il Azərbaycanda körpələrə “ay” sözündən istifadə edilən 25 fərqli ad verilib - SİYAHI “Ay” sözündən istifadə etməklə oğlanlara Ayxan, Tuncay, Ayaz, Aydın adları qoyulub
Sosial müdafiə
18 Aprel , 2016 12:12
Bu ​il Azərbaycanda körpələrə “ay” sözündən istifadə edilən 25 fərqli ad verilib - SİYAHI

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda “ay” sözündən istifadə etməklə xeyli sayda adlar yaradılır.

“Report” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında doğulan qız uşaqlarına verilən adlardan 21-də “ay” sözündən istifadə edilib.

Bu ilin ilk rübündə doğulan qız uşaqlarına ay sözündən istifadə etməklə Elay (22), Sunay (22), Aylin (350), Nuray (469), Ayan (301), Gülay (179), Ayla (135), Aysu (124), Ayşə (27), Aygün (26), Aytən (26), Aydan (92), Nilay (78), Aytac (63), Aysun (62), Günay (45), Humay (40), Aynur (37), Ayşən (40), Miray (34), Aysel (31) kimi adlar verilib.

“Ay” sözündən istifadə etməklə oğlanlara Ayxan (244), Tuncay (89), Ayaz (39), Aydın (24) adları qoyulub.

Son xəbərlər

Orphus sistemi