Bu il Azərbaycanda işsizliyə görə müavinət alanların sayı açıqlanıb

Bu il Azərbaycanda işsizliyə görə müavinət alanların sayı açıqlanıb Rəsmi işsiz olanları və işsizliyə görə müavinət alanların sayı keçən ilə nisbətdə artıb
Sosial müdafiə
19 Dekabr , 2015 12:44
Bu il Azərbaycanda işsizliyə görə müavinət alanların sayı açıqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda işsizliyə görə müavinət alanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a bildirilib ki, bu ilin dekabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 29 003 nəfər şəxs rəsmi işsiz statusu verilib: "Onların 1 705 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub".

Belə ki, paytaxt - Bakı şəhərində 11 992 rəsmi işsiz statusuna malik şəxsdən 669 nəfəri dövlətdən müavinət alır. Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 814 nəfər rəsmi işsiz statusu alan şəxsdən 185-i, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 848 nəfərdən 100-ü, Lənkəran iqtisadi rayonu üzrə isə 855 nəfərdən 46-sı, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 978 nəfərdən 64-ü, Aran iqtisadi rayonu üzrə 7 279 nəfərdən 303-ü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə1556 nəfərdən 77-si, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 1327 nəfərdən 58-i, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 798 nəfər işsizdən 54-ü işsizlik müavinəti alır.

Qeyd edək ki, Azərbaycanda məşğulluq xidməti orqanlarının rəsmi işsiz statusu verdiyi şəxslərin sayı 2015-ci il yanvarın 1-i vəziyyətinə 28,7 min nəfər olub. Onların 1,6 min nəfəri işsizliyə görə müavinət alıblar. 

Son xəbərlər

Orphus sistemi