Yuxarı

Bu il Azərbaycanda əməkhaqqı və pensiyaların artım cədvəli - İNFOQRAFİKA

Bu il Azərbaycanda əməkhaqqı və pensiyaların artım cədvəli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2019-cu ildə əməkhaqqı və pensiya artımı ilə bağlı rəqəmləri açıqlayıb.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ildə Azərbaycanda minimum əməkhaqqı 92.3 faiz artırılıb.

     

Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında cari ilin oktyabrın 1-dən pensiyanın minimum məbləği 25 faiz artırılıb. Ümumilikdə, 660 min nəfəri əhatə edəcək pensiya artımı üçün illik əlavə olaraq 216 milyon manat ayrılacaq. Bununla da minimum pensiya 160 manatdan 200 manata çatdırılıb.

Prezidentin qanunvericilik təşəbbüsləri nəticəsində 2019-cu ildə Azərbaycanda minimum pensiya artımı 72.4 faiz artırılıb.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılıb. Ümumilikdə, 950 min nəfəri əhatə edəcək artım üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq. Artımdan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında ikinci yerdə qərarlaşacaq.

Qeyd edək ki, bu artım sentyabrın 1-dən qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi