Bu il Azərbaycanda doğulan uşaqlara ən az qoyulan adlar məlum olub - SİYAHI

Bu il Azərbaycanda doğulan uşaqlara ən az qoyulan adlar məlum olub - SİYAHI 2015-ci ildə dünyaya gələn qız körpələrinə Aysel adı, oğlanlara isə ən az İlkin adı qoyulub
Sosial müdafiə
7 İyul , 2015 14:59
Bu il Azərbaycanda doğulan uşaqlara ən az qoyulan adlar məlum olub - SİYAHI

Bakı. 7 iyul. REPORT.AZ/ Ədliyyə Nazirliyi bu ilin 6 ayı ərzində Azərbaycanda doğulan uşaqlara ən az qoyulan qız və oğlan adlarının siyahısını açıqlayıb. Nazirlikdən "Report"a bildirilib ki, iyulun 7-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn qızlara ən az Aysel adı, oğlanlara isə ən az İlkin adı qoyulub.

Statistikaya əsasən, bu ilin ötən dövründə cəmi 82 qız uşağına Aysel adı verilib. Sonrakı yerləri isə Aişə (113), Günay (117), Gülər (115), Arzu (122), Aysun (145), Sevinc (146), Lalə (153), Banu (166), Nigar (183) adları tutub.

2015-ci ilin ən az qoyulan oğlan adları arasında birinci yerdə 91 nəfərlə İlkin adı qərarlaşıb. Sonrakı yerlərdə Röyal (99), Sübhan (116), Adəm (118), Fuad (120), Əkbər (137), Emin (147), Raul (166), Elmir (171), Elcan (182) adları gəlir.

Xatırladaq ki, bu ilin ötən dövründə doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Yusifdir. 1497 oğlan uşağına Yusif adı verilib. Qız adlarında isə Zəhra öndədir. 1472 körpəyə Zəhra adı qoyulub. 

Son xəbərlər

Orphus sistemi