Bu il Azərbaycanda 846 əkiz, 33 üçəm doğulub

Bu il Azərbaycanda 846 əkiz, 33 üçəm doğulub Bakı. 14 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda 846 əkiz, 33 üçəm dünyaya gəlib.
Sosial müdafiə
14 İyun , 2018 11:03
Bu il Azərbaycanda 846 əkiz, 33 üçəm doğulub
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda 846 əkiz, 33 üçəm dünyaya gəlib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb. 

Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Son xəbərlər

Orphus sistemi