Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 79,6 min daimi iş yeri açılıb

    İş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb© Report.az

    Bakı. 17 may. REPORT.AZ/ Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 aprel 2017-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 526,2 min olmaqla 430,7 min daimi iş yerləri yaradılıb.

    “Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    2017-ci ilin I rübü ərzində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

    Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi