Bu il Azərbaycanda 66 mindən çox körpə doğulub

Bu il Azərbaycanda 66 mindən çox körpə doğulub Ölkədə hər gün orta hesabla 440 körpə doğulur
Sosial müdafiə
9 İyul , 2015 10:41
Bu il Azərbaycanda 66 mindən çox körpə doğulub

Bakı. 9 iyul. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub. Əhalinin hər 1 000 nəfər hesabı ilə bu göstərici 16,9 olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1 156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulan uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən Azərbaycanda 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfər hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6,0-a qədər azalıb. 

Son xəbərlər

Orphus sistemi