Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub

Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub Bu ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb
Sosial müdafiə
15 Avqust , 2017 11:42
Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

Bu ilin birinci yarısında ölkədə 29477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Son xəbərlər

Orphus sistemi