Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb Ölkə əhalisinin sayı 9739,2 min nəfərə çatıb
Sosial müdafiə
16 İyun , 2016 10:33
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı 9739,2 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib. 

Hesabata əsasən, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Son xəbərlər

Orphus sistemi